Millimizin üzvü karyerasını Rusiyada davam etdirə bilər
14 Oktyabr 2014 14:41 İdmanMillimizin hücumçusu Rauf Əliyev karyerasını Rusiyada davam etdirə bilər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Xəzər Lənkəran"ın forvardı şimal qonşumuzun "Mordoviya" klubunun maraq dairəsinə düşüb. Bu komandanın baş məşqçisi, ötən mövsüm "Qəbələ"yə rəhbərlik etmiş Yuri Syomin Raufun çıxışına yaxşı bələddir. Bu üzdən də o, Əliyevi komandasına aparmaq istəyindədir. İstisna deyil ki, qışda bu keçid baş tutsun.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31