Xorvatiya Azərbaycan yığmasına “fokus” göstərdi

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.Apasport.az saytının məlumatına görə, H qrupunda mübarizə aparan komandamız üçüncü görüşünə çıxıb.Palermo şəhərində İtaliya yığmasına 2:1 hesabı ilə uduzan Berti Foqtsun yetirmələri yenə səfər sınağında olub. Millimiz qrupun favoritlərindən olan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.

Xal üzünə həsrət qalan komandamız Osiyek şəhərində meydana çıxmağa peşman olub. Xorvatlar matçda 6:0 hesabı ilə qələbə qazanıb.

Görüşdə İvan Perisiç (34; 45) dubl edib. Andrey Kramariç (11), Marselo Brozoviç (45+2) və Luka Modriç (56-pen) hərəyə bir dəfə fərqlənib. Ev sahiblərinin sonuncu qolunu isə Rəşad Sadıqov vurub. "Qarabağ"ın müdafiəçisi 61-ci dəqiqədə avtoqola imza atıb.

AVRO-2016-nın seçmə mərhələsi

"H" qrupu

Xorvatiya - Azərbaycan - 6:0
QOLLAR: Andrey Kramariç, 11, İvan Perisiç, 34; 45, Marselo Brozoviç, 45+2, Luka Modriç, 56-pen, Rəşad Sadıqov, 61-avtoqol

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31