"Avrokuboklarda "İnter"ə azarkeşlik edəcəm" - Berluskoni
13 Oktyabr 2014 19:30 İdman"Milan" klubunun prezidenti Silvio Berluskoni maraqlı fikirləri ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "La Gazzetta dello Sport"a danışan Berluskoni bu mövsüm avrokuboklarda "İnter" klubuna azarkeşlik edəcəyini bildirib. "Bəli, bu mövsüm "Milan" Avropada oynamır. Bu səbəbdən avrokuboklarda "İnter"ə azarkeşlik edəcəm. Onlar bizim əzəli rəqibimiz olsalar da, şəhərimizi təmsil edirlər. Üstəlik "İnter"in prezentləri ilə hər zaman yaxşı münasibətlərim olub".
Qeyd edək ki, bu mövsüm Avropa Liqasında çıxış edən "İnter" son Azərbaycan çempionu "Qarabağ" klubu ilə eyni qrupda mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31