"Azərbaycanla oyunda erkən qol vurmalıyıq"
13 Oktyabr 2014 18:15 İdmanXorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç "Avro-2016"nın seçmə mərhələsində bu axşam qarşılaşacaqları Azərbaycanla oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında yığmamızla görüşdə erkən qol vurmalı olduqlarını bildirib: "Azərbaycanla oyunda erkən qol vurmalıyıq. Əks təqdirdə işimiz çətin olacaq. Çünki həm Bolqarıstan, həm də İtaliya Azərbaycanla oyunlarda qələbə qolunu matçın sonlarına yaxın vurdular. Buna görə də rəqibi qiymətləndirməyə bilmərik. Ümid edirəm ki, bu oyunu da qələbə ilə başa vuracağıq".
Qeyd edək ki, bu gün Osiek şəhərində keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxt ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31