Millimizin oyununu ruslar da canlı yayımlayacaq

"Avro-2016"nın seçmə mərhələsində bu gün keçiriləcək Xorvatiya - Azərbaycan matçını Azərbaycan və Xorvatiya ilə yanaşı, Rusiya telekanalı da canlı yayımlayacaq. Qol.Az-ın xəbərinə görə, "Sport 1" telekanalı vasitəsi ilə millimizin oyununu canlı izləmək mümkün olacaq. Artıq həmin matç telekanalın proqramına daxil edilib.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31