Yığmamızın oyununa 13 min bilet satılıb

"Avro-2016"nın seçmə mərhələsində bu gün keçiriləcək Xorvatiya - Azərbaycan matçına bilet satışı davam edir. Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, Osiek şəhərində baş tutacaq oyuna artıq 13 min bilet satılıb.

Qeyd edək ki, matçın keçiriləcəyi "Qradski" stadionu 19 min tamaşaçı tutumuna malikdir. Oyun bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31