Kasilyasın əvəzinə David de Xea
13 Oktyabr 2014 17:25 İdmanİspaniya millisinin baş məşqçisi Visente del Boske gözlənilməz qərar verib. Qol.Az-ın məlumatına görə, o, "Avro-2016"nın seçmə mərhələsində Lüksemburqla görüşdə əsas heyətdə İker Kasilyasın əvəzinə David De Xeanı oynadıb.
Qeyd edək ki, İ.Kasilyas "Avro-2016"nın seçmə mərhələsində Slovakiyaya uduzduqları (1:2) matçda kobud səhvlər edib. Ancaq del Boske Kasilyasa dəstək olaraq onu bu səhvə görə əsas heyətdən kənarlaşdırmayacağını söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31