"Dünyanın ən yaxşı futbolçusu mənəm"
13 Oktyabr 2014 13:17 İdmanPortuqaliya futbolunun canlı əfsanlərindən olan Luiş Fiqu iddialı açıqlama verib. Qol.az xəbər verir ki, o, özünü dünyanın ən yaxşı futbolçusu adlandırıb. "Dünyanın ən yaxşı futbolçusu nə Kriştianu Ronaldu, nə də Lionel Messidir. Bu ada mən layiqəm. Onların hər ikisi eyni səviyyəli oyunçulardır. Məşqçi olsaydım, həm Messini, həm də Ronaldunu komandamda görmək istərdim".
Qeyd edək ki, 2000-ci ildə Avropanın, 2001-ci ildə isə dünyanın ən yaxşı futbolçusu seçilən Fiqu 2009-cu ildə futbolçu karyerasını başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31