UEFA “Qalatasaray”ı cəzalandıra bilər
12 Oktyabr 2014 17:39 İdmanUEFA "Qalatasaray" klubuna qadağa qoya bilər."Qafqazinfo" qol.az-a istinadən xəbər verir ki, buna səbəb İstanbul klubunun maddi böhran keçirməsidir.UEFA-nın Türkiyə Futbol Federasiyasına göndərdiyi məktubda, "Qalatasaray"ın maddi durumunda irəliləyiş olmayacağı təqdirdə komandanın Çempionlar Liqası və Avropa Liqasından məhrum olacağını bildirib.Qeyd edək ki, eyni təhlükə "Bursaspor", "Kasımpaşa" və "Qaziantepspor"u da gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31