Xorvatiya - Azərbaycan matçının hakimləri bəlli oldu

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Osiek şəhərində baş tutacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Stefan Ştuder olacaq. Ona Sandro Pozzi və Jin-Yves Viçt köməklik edəcəklər. Vital Jobin isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31