UEFA da dəyişiklik

Ən güclü çempionat FİFA-nın aylıq reytinqinə əsasən müəyyənləşəcək

Növbəti mövsümdən UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkatmasında dəyişiklik edəcək. Anspress-in məlumatına görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib. Onun sözlərinə görə yeni mövsümdən I səbətdə olacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk yeddiliyə daxil olan ölkələrin çempionları olacaq. Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək. Ən güclü çempionat FİFA-nın aylıq reytinqinə əsasən müəyyənləşəcək. Hazırkı sistemə görə, komandaların səbətlərə bölüşdürülməsi son 5 ildəki çıxışa görə aparılır və ilk olaraq püşk zamanı yüksək reytinqli komandalar I səbətdə yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31