Türklər çexlərə qarşı
Millimizin yer aldığı H qrupunda 3 oyun keçiriləcək
10 Oktyabr 2014 19:27 İdmanBu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutacaq. Anspress-in məlumatına görə, qitə arenalarında daha 9 oyun baş tutacaq. A qrupunda qardaş Türkiyə yığması evdə meydana çıxacaq və Çexiyanı qəbul edəcək. Qrupun digər oyunlarında Hollandiya Qazaxıstanı, Latviya İslandiyanı qəbul edəcək. B qrupunda Belçika - Andorra, Cənubi Kipr - İsrail, Uels - Bosniya və Herseqovina qarşılaşmaları baş tutacaq. Millimizin yer aldığı H qrupunda da 3 oyun keçiriləcək. Azərbaycan İtaliyanın qonağı olacaq. Ötən ay Bakıda millimizi yenən Bolqarıstan Xorvatiyanı qəbul edəcək. Norveç isə səfərdə Malta ilə qarşılaşacaq.
AVRO-2016
Seçmə mərhələ
10 oktyabr
A qrupu
23.45 Latviya - İslandiya
23.45 Hollandiya - Qazaxıstan
23.45 Türkiyə - Çexiya
B qrupu
23.45 Belçika - Andorra
23.45 Cənubi Kipr - İsrail
23.45 Uels - Bosniya və Herseqovina
H qrupu
23.45 İtaliya - Azərbaycan
23.45 Bolqarıstan - Xorvatiya
23.45 Malta - Norveç