Xorvatiya – Azərbaycan matçı isveçrəli hakimin ixtiyarında

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, qarşılaşma isveçrəli hakim Stefan Ştuderə həvalə edilib. Ştuder yığmamız üçün yad hakim deyil. Belə ki, o, AVRO-2012-nin seçmə mərhələsində Bakıda Avstriyaya qarşı keçirdiyimiz görüşdə (1:4) də ədaləti qorumuşdu. Ona Sandro Pozzi və Yan-Yves Viçt yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Vital Yobin icra edəcək.
Qeyd edək ki, Xorbatiya - Azərbaycan oyunu oktyabrın 13-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31