Del Boske: "Futbolçularımın oyunundan narazı qalmadım"
10 Oktyabr 2014 14:04 İdmanİspaniya yığmasının baş məşqçisi Visente del Boske AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Slovakiyaya məğlubiyyəti şərh edib. Maraqlıdır ki, təcrübəli çalışdırıcı komandasının oyunundan narazı qalmadığını bildirib: "Təbii ki, nəticə ürəyimizcə deyil. Məğlub olacağımızı gözləmirdim. Qol vurmağa çalışsaq da, istəyimizə çatmadıq. Rəqibin qapıçısı yaxşı oynadı, bir neçə epizodda fərqlənməyimizə mane oldu. Ən azından, 1 xal qazanmalı idik. Nəticə yaxşı olmasa belə, futbolçularımın sərgilədikləri oyundan narazı qalmadım. Onlar əllərindən gələni etdilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31