İspan klubunda Ebola həyəcanı

İspaniyanın "Rayo Valyekano" futbol klubunun rəhbərliyi Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunu üçün İspaniyanı tərk edən Lass Banquranı geri çağırıb. Lent.az-ın məlumatına görə, La Liqa təmsilçisi ebola virusundan ehtiyatlandığı üçün bu addımı atıb. Bu vaxta qədər Qvineyada 760 nəfərin Ebola virusuna yoluxaraq ölməsi, ispanları əməlli-başlı narahat edib. Nəticədə 22 yaşlı futbolçu Qvineya yığmasının düşərgəsini tərk edərək, İspaniyaya qayıtmalı olub. Qeyd edək ki, qvineyalılar şənbə günü Qana ilə qarşılaşacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31