Əfsanəvi futbolçu dördüncü toyuna 1000 nəfər qonaq çağırdı

Braziliya futbolunun əfsanəsi Ronaldo dördüncü dəfə edəcəyi toyuna min nəfər qonaq çağırıb. "Eurosport"-un məlumatına görə, 38 yaşlı futbolçunun bu dəfəki həyat yoldaşı DJ (dicey) Paula Morayisdir. Nikah mərasimi 2015-ci ilin aprel ayında Rio De Janeyronun Buzios kəndində keçiriləcək. Ronaldo bundan əvvəl futbolçu Milana Domininqez, model Daniyela Çiçarelli və Biya Antoni ilə evli olub. İki qat dünya çempionu olan Ronaldo Luiz Nazariyo Lima oynadığı 7 klubda 384 matça çıxıb və 280 qol vurub. Braziliya milli komandası ilə iki dəfə dünya çempionu (1994 və 2002-ci illərdə) titulunu qazanıb. O, 2011-ci ildə karyerasını başa vurub. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31