"Xorvatiya - Azərbaycan matçını izləmək istəyirəm" - Milevski

Ukrayna millisinin sabiq hücumçusu Artem Milevski "Avro-2016"nın seçmə mərhələsində bu axşam keçiriləcək Belarus - Ukrayna matçı haqda danışıb. Qol.Az-ın məlumatına görə, Milevski ölkəsinin mətbuatına açıqlamasında Ukraynanın oyunu ilə yanaşı, oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan görüşünü də izləyəcəyini bildirib: "Düzünü desəm, Belarus millisi ilə yaxından tanış deyiləm. Valideynlərim orada yaşayır. Bacım isə Rusiyaya köçüb. Belarus - Ukrayna matçında kimə azarkeşlik edəcəm? Yaxşı futbola. Bu görüşdə oyunçuların zədələnə biləcəyindən narahatam. Ukrayna bu matçın favoritidir. Slovakiyaya məğlubiyyətdən sonra Fomenkonun komandasına qələbə lazımdır. Bu oyunla yanaşı, Xorvatiya - Azərbaycan matçını da izləmək istəyirəm".

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31