"Neftçi"nin daha bir futbolçusu yığmaya çağırıldı

"Neftçi"nin aparıcı oyunçularından olan Julius Vobay klubun düşərgəsini tərk edib. Buna səbəb təcrübəli yarımmüdafiəçinin Syerra-Leone millisindən dəvət almasıdır. Lent.az-ın məlumatına görə, Vobay Bakıya oktyabrın 15-də qayıdacaq. Xatırladaq ki, komandnın üzvlərindən Emil Balayev, Elvin Yunuszadə, Elnur Allahverdiyev və Araz Abdullayev hazırda Azərbaycan yığmasının heyətindədir. Bundan əlavə braziliyalı yarımmüdafiəçi Flavinyo müalicəsini davam etdirmək üçün İtaliyaya gedib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31