"Balotelliyə yalnız özü kömək edə bilər" - Mançini
9 Oktyabr 2014 10:15 İdman"Mançester Siti" və "İnter" klubunun keçmiş baş məşqçisi Roberto Mançini sabiq futbolçusu Mario Balotelli haqda danışıb. Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis "Football İtalia"ya açıqlamasında hazırda yaxşı formada olmayan Balotelliyə yalnız özünün kömək edə biləcəyini bildirib: "Balotelli yaxşı insandır. "Liverpul" özünü göstərməsi üçün son şansdır. Onunla tez-tez əlaqə saxlayıram. Balotelliyə yalnız özü kömək edə bilər. O da mənə "Liverpul"da daha çox qol vurmaq istədiyini bildirib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31