"Mançester Yunayted"i çalışdırmaq istəyirəm" - Ferdinand
8 Oktyabr 2014 19:55 İdman"Kvins Park Reyncers" klubunun müdafiəçisi Rio Ferdinand gələcək karyerası haqda danışıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu karyerasını başa vurduqdan sonra baş məşqçi işləmək istədiyini bildirib: "Karyeramı başa vuran kimi baş məşqçi işləməyim üçün mənə lisenziya verəcəklərinə inanacaq qədər ağılsız deyiləm. Ancaq hər zaman işləyəcəyim sahədə ən yaxşı olmağa çalışmışam. Bu mənada "Mançester Yunayted" kimi böyük klubları çalışdırmaq istəyirəm".
Qeyd edək ki, Ferdinand 2002-2014-cü illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31