Ermənini belə nokauta saldıq VIDEO
Şirxan Novruzəliyev MMA döyüş növü üzrə birinci olub
8 Oktyabr 2014 18:42 İdmanAzərbaycanlı idmançı erməni rəqibini nakautla məğlub edib. Anspress-in TTV-yə istinadla verdiyi məlumata görə, Gürcüstanın paytaxtı Tiblisidə Erməni idmançı ilə qarşılaşan Şirxan Novruzəliyev rəqibini nakauta salaraq məğlubiyyətə uğradıb. Qarışıq döyüş növləri üzrə açıq turnirdə 4 ölkə iştirak edib. Yığmamızın heyətində Şəmkir MMA komandasının 4 üzvü də çıxış edib. İdmançılarımızın dördü də medal qazanıb. Birinciliyin yarımfinalında erməni idmançı ilə üz-üzə gələn təmsilçimiz görüşü belə şərh edib. "Baxmayaraq ki, gərgin görüş keçdi, amma sonunda qalib gəldim. Birinci raund gərgin keçdi. İkinci hissədə Ermənistan idmançısının üzərinə atıldım və rəqibimi nakaut etdim". Erməni rəqibi üzərində layiqli qələbə qazanan idmançımız finalda Gürcüstan təmsilçisini də məğlub edərək öz çəki dərəcəsində birinci olub.