İbrahimoviçin son durumu
8 Oktyabr 2014 19:35 İdmanPSJ-nin və İsveç millisinin futbolçusu Zlatan İbrahimoviçin son durumu haqda məlumat verilib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli hücumçunu müayinə edən milli komandanın həkimi Leif Svard deyib ki, İbrahimoviçin zədəsi anlaşılmazdır: "İbhrahimoviç tibbi müayinədən keçdi. İltibahla bağlı ciddi bir şey yoxdur. Ancaq İbrahimoviç ağrı hiss edir".
Qeyd edək ki, İbrahimoviçin "Avro-2016"nın seçmə mərhələsində Rusiya ilə matçda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31