"Real"da ciddi itki

Oktyabrın 11-də Portuqaliya yığması ilə yoldaşlıq görüşü keçirəcək Fransa millisi ciddi itki ilə üzləşib.  Qol.az xəbər verir ki, komandanın və "Real Madrid"in hücumçusu Kərim Benzema zədələnib. Məşqdə ombasından zədələnən təcrübəli futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Benzemanın Portuqaliya ilə oyunda iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Fransa - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31