"Katalonam, İspaniyada oynadığım üçün qürur duyuram"
8 Oktyabr 2014 13:26 İdman"Chelsea"nin yarımmüdafiəçisi Sesk Fabreqas ölkəsi ilə əlaqədar "Radio Marca"ya müsahibə verib. Goal.az xəbər verir ki, futbolçu Kataloniya əyalətinin müstəqilliyi ilə bağlı sualı belə cavablandırıb. "Özümü katalon kimi hiss edirəm. Amma mən ispanam. Belə mövzular haqqında danışmağı sevirik. Bir çox oyunçular özlərini katalon və ya bask hesab edirlər. Lakin beynəlxalq arenada İspaniyanın adından çıxış edərkən narahat olmuruq. İspaniya üçün oynamaqdan qürur duyuram. Kataloniyanın müstəqilliyinə qalanda, insanlar gərək səs verib öz müqəddəratını həll etsinlər. Şotlandiyada olduğu kimi, əhali referendumla nə istədiyinə qərar verməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31