Millimizdən böyükhesablı qələbə

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, Bernard Lippertin yetirmələri "Pirmasens" komandası ilə qarşılaşıblar. Oyun millimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarına Bilal Sezer (2), Bayram Budaqov və Elbəyi Quliyev imza atıblar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31