"Penalti qərarım səhv idi"
8 Oktyabr 2014 10:56 İdmanİtaliya A Seriyasının son turunda qalmaqallarla yadda qalan "Yuventus" - "Roma" (3:2) matçının baş hakimi Canluka Rokki idarəçiliyi haqda danışıb. Qol-az xəbər verir ki, 41 yaşlı referi etiraf edib ki, "Roma"nın qapısına təyin etdiyi ikinci penaltidə səhv qərar qəbul edib: "Yeganə səhvim Poqbaya qarşı edilən hərəkətdən sonra "Roma"nın qapısına təyin etdiyim penalti idi". Xatırladaq ki, "Yuventus" - "Roma" matçında üç penalti təyin edən Rokki iki futbolçunu meydandan qovub. O, həmçinin, yeddi oyunçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, referi yanlış penlti qərarına görə iki oyunluq cəzalandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31