"Çelsi" ilə oyunöncəsi "Arsenal"da ciddi itki

Həftəsonu İngiltərə Premyer Liqasında "Çelsi" ilə qarşılaşacaq "Arsenal" klubunda zədəlilərin sayı durmadan artır. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisinin futbolçusu Aron Remzi də qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək. "Tottenhem"lə görüşdə zədələnən uelsli futbolçunun 3-4 həftəyə sağalacağı gözlənilsə də, Remzi ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu bazar günü, Bakı vaxtı ilə saat 18:05-də başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31