Türklərə görə "Arsenal"ın başı ağrıya bilər
UEFA-nın "Qalatasaray" yerinə "Arsenal"ı cəzalandıracağı iddia olunur
3 Oktyabr 2014 14:33 İdmanÇempionlar Liqasında "Qalatasaray"la "Arsenal" arasında baş tutan matçda azerkeşlərin meydançaya atdığı məşəllər ingilislərin başını ağrıda bilər. Anspress-in məlumatına görə, İstanbul təmsilçisinin tərəfdarları matçın 37-ci dəqiqəsində tribunadan meydançaya məşəllər atması oyunun dayanmasına səbəb olmuşdu. Bu hadisə nəticəsində "Qalatasaray"a ağır pul cəzası veriləcəyi bildirilirdi. Ancaq ingilis mətbuatı mövzuya fərqli bir müstəvidən yanaşır. İngilislər iddia edir ki, "Qalatasaray"ın ağır pul cəzası alması məntiqə uyğun deyil. UEFA-nın məsələ ilə əlaqədar araşdırma aparacağını xatırladan İngiltərə KİV-i, bu tip maddələrin stadiona keçirilməsində ev sahibinin günahı olduğunu bildirir. UEFA-nın ingilis klubu ilə əlaqədar araşdırma aparacağı gözlənilir. UEFA-nın "Qalatasaray" yerinə "Arsenal"ı cəzalandırmasının sürpriz olmayacağı da iddia olunur.