ÇL qrup mərhələsinin II turun oyunları keçirildi - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarına start verilib. Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ilk matç günündə 4 qrupda 8 qarşılaşma baş tutub.Günün ən erkən oyunu Moskvada başlayıb. Burada Almaniya klubu MOİK-lə üz-üzə gəlib. Baş məşqçi Xosep Qvardiolanın yetirmələri D qrupunda 2-ci qalibiyətini qazanıb. 22-ci dəqiqədə Tomas Müllerin yeganə qolu münhenlilərə 3 xal qazandırıb.Gecənin maraqlı oyunlarından biri isə İngiltərədə keçirilib. Mançester şəhərində son ölkə çempionu "Mançester Siti" "Roma"nı qonaq edib. Qrup mərhələsinin ilk turunda evdə Moskva MOİK-ini darmadağı edən (5:1) "canavarlar" növbəti dəfə 3 xal qazanmağa çalışıb. "Şəhərlilər" isə Münhen səfərindəki "Bavariya" məğlubiyyətini (1:0) unutmaq niyyətindədə idilər. Lakin hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.Azarkeşlər turun ən maraqlı görüşünü Fransada izləyə biliblər. Son illərin çempionu PSJ 4 dəfə ÇL-nin qalibi olmuş "Barselona"nı sınağa çəkib. Qapılara 5 qolun vurulduğu görüşdə sevinən tərəf meydan sahibləri olub. Parislilər Luis Enrikenin komandasını evə əli boş yola salıblar."Çelsi" isə Lissabonda "Sportinq"lə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Oyunun 34-cü dəqiqəsində Matiçin vurduğu tək qol "zadəganlar"ı sevindirib.Digər oyunlarda isə APOEL "Ayaks"la, "Şalke" "Maribor"la və "Şaxtyor" "Portu" ilə xalları yarı bölüb. BATE isə evində "Atletik"i 2:1 hesabı ilə üstələyib.Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün baş tutacaq.

Çempionlar Liqası
II tur
30 sentyabr (çərşənbə axşamı)
E qrupu
MOİK - "Bavariya" - 0:1
Qol: Müller, 22-pen

"Mançester Siti" - "Roma" - 1:1
Qollar: Aquero, 4-pen - Totti, 23

Bavariya
2
6
Roma
2
4
MS
2
1
MOİK
2
0

F qrupu
APOEL - "Ayaks" - 1:1
Qollar: Manduka, 31-pen - Andersen, 28

PSJ - "Barselona" - 3:2
Qollar: David Luis, 10, Veratti, 26, Matuidi, 54 - Messi, 12, Neymar, 56


PSJ
2
6
Barselona
2
3
Ayaks
2
2
APOEL
2
1


G qrupu
"Şalke" - "Maribor" - 1:1
Qollar: Huntelaar, 56 - Bohar, 37

"Sportinq" - "Çelsi" - 0:1
Qol: Matiç, 34

Çelsi
2
4
Şalke
2
2
Maribor
2
2
Sportinq
2
1


H qrupu
BATE - "Atletik" - 2:1
Qollar: Polyakov, 19, Karnitskiy, 21 - Aduris, 45

"Şaxtyor" - "Portu" - 2:2
Qollar: Aleks, 52, Adriano, 86 - Martines, 89-pen; 90+4


Portu
2
4
BATE
2
3
Şaxtyor
2
2
Atletik
1
1
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31