Çempionlar Liqası: "alman maşını" rusları əzdi

Dünən  Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib. axar.az  bildirir ki, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.Turun ilk oyunu Moskvada keçirilib. Burada yerli MOİK (CSKA Moskva) klubu qrupun lideri "Bavariya"nı qəbul edib. Moskva təmsilçisi azarkeşlərin daha öncəki oyunda qaydalardan kənar davranışı səbəbindən "Bavariya" ilə görüşü boş tribunalar qarşısında keçirməli olub. Matçdan "alman maşını" 0:1 hesablı qələbə ilə ayrılıb.Bu qrupun digər oyununda isə "Mançester Siti" evdə "Roma"nı sınağa çəkəcək. F qrupunda "Ayaks" səfərdə APOEL-in, "Barselona" isə PSJ-nin qonağı olacaq. G qrupunda "Şalke" - "Maribor" və "Sportinq" - "Çelsi" oyunları keçiriləcək. H qrupunda BATE öz meydanında "Atletik" (Bilbao), "Şaxtyor" (Donetsk) klubu isə "Portu"nu qəbul edəcək. Bu oyunlar saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31