"İnter" "Qarabağ"la oyuna itki ilə çıxacaq
30 Sentyabr 2014 19:15 İdmanAvropa Liqasının qrup mərhələsində oktyabrın 2-də evdə "Qarabağ"ı qəbul edəcək "İnter" klubu bu oyuna itki ilə çıxacaq. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin baş məşqçisi Valter Matsari Hüqo Armando Kampanyaronun xidmətindən yararlana bilməyəcək. Buna argentinalı futbolçunun zədəsinin hələ də tam sağalmaması səbəb olub. Lakin 34 yaşlı futbolçunun həftə sonu A Seriyasında "Fiorentina"ya qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31