Hücumçu daha 4 il "Arsenal"da..

"Arsenal"ın fransız hücumçusu Olivye Jiru klubla yeni müqaviləyə imza atıb. Goal.az xəbər verir ki, forvardın ehtiyatda iki ili qalsa da, "topçular"ın rəhbərliyi bu müddətə daha 2 il əlavə etməyi qərara alıb. "Mirror" qəzeti bu barədə yaxın həftələrdə formal şəkildə məlumat veriləcəyini yazıb. Xatırladaq ki, Jiru hal-hazırda uzun müddətə sıradan çıxıb. Onun 2015-ci ildə meydanlara qayıtması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31