"Milanda 3:1 hesablı qələbə haqqında fikirləşə bilmərik" - Almeyda
29 Sentyabr 2014 19:45 İdman"Qarabağ" klubunun yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "İnter"lə oyunöncəsi fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan braziliyalı futbolçu Milanda qələbə qazanmağa çalışacaqlarını bildirib: "Neftçi" ilə oyunda Rəşad Sadıqov və Çumbinyonun olmamasına baxmayaraq, 3:1 hesabı ilə qələbə qazandıq. Bu oyun göstərdi ki, bizdə bütün mövqelərə alternativ oyunçular var. Təbii ki, Milanda 3:1 hesablı qələbə haqqında fikirləşə bilmərik. Ancaq biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31