"Yuventus" Tevezlə müqavilə yeniləyir

"Yuventus" klubu hücumçusu Karlos Tevezlə müqaviləni yeniləməyi planlaşdırır. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi argentinalı futbolçunu 2018-ci ilə qədər komandada saxlamaq niyyətindədir. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən 30 yaşlı futbolçunun da "Yuventus"da qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, 2013-cü ildən "Yuventus"da oynayan Tevez bu mövsüm keçirdiyi 5 oyunda 6 qola imza atıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31