"Neftçi" Əli Daei ilə danışıqlar aparır?
29 Sentyabr 2014 19:35 İdmanİranın "Perspolis" komandasının sabiq azərbaycanlı baş məşqçisi, tanınmış futbolçu Əli Daei "Neftçi" klubunu çalışdırmaq üçün danışıqlar aparır və ilkin razılıq əldə olunub. Bu barədə "Trend" agentliyi İranın "Afkarnews" saytına istinadən məlumat verir. Məlumatda bildirilir ki, "Neftçi" klubunun rəhbərliyi hazırkı baş məşqçi Arif Əsədovun işindən razı qalmağı üçün Ə.Daeiyə baş məşqçi olmaq təklif edilib.
Qeyd edək ki, İran yığmasının sabiq üzvü Ə.Daei "Perspolis" komandasından uzaqlaşdırılandan sonra İran futbol liqasında baş məşqçi kimi çalışmaq istəmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31