Batistuta: "Totti istənilən çempionatın bəzəyidir"
29 Sentyabr 2014 13:04 İdmanArgentina millisinin keçmiş forvardı Qabriel Batistuta dünən keçirilmiş "Torino - "Fiorentina" (1-1) oyunu haqqında danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Batistuta Françesko Tottini də xatırlayıb. "Florensiyaya qayıtdığım üçün şadam. Bura həmişə evim olaraq qalacaq. Bu gün komanda daha yaxşı nəticə əldə edə bilərdi. Amma mövsüm hələ yeni başlayıb. Bu səbəbdən narahatlığa dəyməz". "Ümid edirəm ki, Totti 40 yaşına kimi futbol oynayacaq. Totti kimi oyunçular istənilən çempionatın bəzəyidir". Xatırladaq ki, Françesko Totti dünən 38 yaşını qeyd edib. 1994-cü ildən peşəkar futbol karyerasına başlayan italyan yalnız "Roma" klubunun formasını geyinib. O, 2001-ci ildə komanda ilə Skudettonu qazanıb. Həmin dövrdə Fabio Kapellonun çalışdırdığı "Roma"da Qabriel Batistuta da çıxış edirdi.