“Borussiya” uduzdu, “Bavariya” qalib gəldi
Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq
28 Sentyabr 2014 10:28 İdmanAlmaniya Bundesliqasında VI tura start verilib.Bu tura qədər IV və V pillələrdə qərarlaşan komandalar üz-üzə gəlib.
Amma "Maynts" və "Hoffenhayn"ın görüşündə azarkeşlər qol görə bilməyib. Bu komandalar qazandıqları 1 xalla müvəqqəti də olsa II və III pilləyə yüksəlib.
Turun mərkəzi görüşü isə bu gün keçirilib. Mövsümə uğurlu başlamayan "Şalke" Qelzenkirxendə Dortmund "Borussiya"sını qəbul edib. Matda sevinən tərəf meydan sahibləri olub - 2:1.
Lider "Bavariya" isə Kölnə səfər edib. Görüşdə Münhen klubu 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası, VI tur
26 sentyabr
"Maynts" - "Hoffenhaym" - 0:0
27 sentyabr
"Frayburq" - "Bayer" - 0:0
"Köln" - "Bavariya" - 0:2
Qollar: Qötze, 19, Halfar, 66-avtoqol
"Paderborn" - "Borussiya" M - 1:2
Qollar: Vemmer, 70 - Herrmann, 8, Raffael, 14
"Şalke" - "Borussiya" D - 2:1
Qollar: Matip, 10, Çoupo-Motinq, 23 - Aubameyanq, 26
"Ştutqart" - "Hannover" - 1:0
Qol: Şvaab, 69
"Volfsburq" - "Verder" - 2:1
Qollar: Rodriqes, 15, Oliç, 57 - Busk, 37
28 sentyabr
18:30 "Auqsburq" - "Herta"
20:30 "Hamburq" - "Ayntraxt