Futzal millimizin rəqibləri müəyyənləşir
26 Sentyabr 2014 19:35 İdmanBu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, final mərhələsi Serbiyada təşkil olunacaq yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları müəyyənləşəcək. Təsnifat mərhələsində mübarizə aparacaq 24 komanda 6 qrupa bölünəcək. Azərbaycan millisi isə seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında yer alacaq. Burada isə komandalar 7 qrupa bölünəcək. Püşk Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31