Xorvatiyanın millimizlə oyun üçün heyəti açıqlandı

"Avro-2016"nın seçmə mərhələsində oktyabr ayında Bolqarıstan və Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığmasının ilkin heyəti açıqlanıb. Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Niko Kovaç qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Bolqarıstanın qonağı olacaq xorvatlar 3 gün sonra evdə millimizlə üz-üzə gələcək.

Qapıçılar: Daniel Subaşiç ("Monako"), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Donetsk), Vedran Corluka ("Lokomotiv", Moskva), Deyan Lovren ("Liverpul"), İvan Striniç ("Dnepr"), Sime Vrsaljko ("Sassuolo"), Domaqoy Vida ("Dinamo", Kiyev), Marko Leskoviç ("Rijeka"), Hrvoje Miliç ("Rostov"), İvan Tomeçak ("Rijeka")

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), İvan Rakitiç ("Barselona"), Mateo Kovaçiç ("İnter"), Marselo Brozoviç ("Dinamo", Zaqreb), Daniel Pranyiç ("Panatinaykos"), Domaqoy Antoliç ("Dinamo", Zaqreb), Alen Haliloviç ("Barselona" B), İvan Perisiç ("Volfsburq")

Hücumçular: Mario Mandzukiç ("Atletiko", Madrid), İvisa Oliç ("Volfsburq"), Nikisa Yelaviç ("Hall Siti"), Andrey Kramariç ("Rijeka"), Duje Kop ("Dinamo", Zaqreb)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31