Suares hamını təəccübləndirdi

"Barselona"nın futbolçusu Luis Suares son görünüşü ilə hər kəsi təəccübləndirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yayığı xəbərə görə, dörd ay futbol oynaması qadağan edilən uruqvaylı hücumçu kökəlib. L.Suares sentyabrın 24-ü  "Barsa"nın əvəzedici komandası ilə İndoneziyanın U-19 komandasına qarşı keçirilən yoldaşlıq matçında (6:0) iştirak edib. Həmin oyunun videoyazısında L.Suaresin kökəldiyi diqqət çəkib. Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə görüşdə (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-i başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31