Azərbaycanlı hakim Çempionlar Liqasında

Elçin Məmmədov "Atletik Bilbao"nun matçına təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb. Anspress-in AFFA-ya istinadla verdiyi məlumata görə, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb. UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsindəki oyun sentyabrın 30-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31