Azad Rəhimov Afinaya gedib

2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı  məqsədi ilə,  gənclər və idman naziri Azad Rəhimovun  Yunanıstanın Afina  şəhərinə  rəsmi səfəri başlayıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səfər zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən  idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək.  Həmçinin təbliğat  və məlumat   xarakterli materiallar paylanacaq.  Səfər sentyabrın 28-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31