Messi: Biz Çempionlar Liqasının finalında oynamağa borcluyuq
26 Sentyabr 2014 12:57 İdman"Barselona"nın argentinalı ulduzu Lionel Messi bəyan edib ki, Çempionlar Liqasının finalı Kataloniya klubu üçün borcdur. Bu barədə Trend "Qazeta.ru"-ya istiandən xəbər verir. Messi bildirib: "Suaresin "Barselona"nı seçməsinə gəldikdə, bu, xüsusidir. Biz onunla daha güclü komanda olacağıq, hücumda oyunu daha çox variantlarda qurmaq fürsəti əldə edəcəyik. Yenidən qənimətlərə qalib gəlməyə başlamağımız lazımdır. Hədəflərimiz dəyişməzdir: titullar qazanmaq və yaxşı futbol nümayiş etdirmək. Ötən il biz yıxıldıq, halbuki bu,olmamalı idi. Çempionlar Liqasının finalına qayıtmağımız bizim üçün revanş deyil, borc olacaq. Biz yenidən oynamağa borcluyuq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31