""Barsa"lı futbolçular robot deyillər"
25 Sentyabr 2014 19:05 İdman"Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasında "Malaqa" ilə bərabərə qaldıqları oyunu (0:0) şərh edib. Qol.az xəbər verir ki, o deyib ki, Messiyə qol vurmağa şərait yaratmadıqları üçün istədikləri nəticəni əldə edə bilməyiblər: "Messiyə yaxşı ötürmələr verilsəydi, daha təhlükəli epizodlar olardı. Demək olar ki, üç gündən bir matça çıxırıq. Bu, oyunumuza təsir edir. Futbolçularım isə robot deyil".
Qeyd edək ki, "Malaqa" ilə bərabərlik "Barsa"nın cari mövsümdə ilk xal itkisi olub. Bundan əvvəl Kataloniya təmsilçisi oynadığı bütün qarşılaşmalarda qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31