Sadıqovdan 100 addım öndə
25 Sentyabr 2014 16:25 İdmanBraziliyalı futbolçu Rojerio Seni dünya rekordunu yeniləyib. apasport.az xəbər verir ki, planetin ən çox qol vuran qapıçısı növbəti dəfə fərqlənib. "San Paulu" klubunun 41 yaşlı qolkiperi Braziliya çempionatının "Flamenqo" ilə ev oyununda (2:2) qol sevinci yaşayıb. 18-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açan Seni karyerasında 121-ci qolu vurub. Neçə ildir karyerasını bitirəcəyini açıqlayan, lakin hər dəfə bunu ertələyən dünya rekordçusu ən məhsuldar qapıçılar siyahısında liderliyini daha da möhkəmlədib. Cənubi amerikalı bu siyahıda olan yeganə azərbaycanlı Nizami Sadıqovdan da uzaqlaşıb. "Turan"dakı çıxışları ilə tanınan həmyerlimizin hesabında 21 qol var. Braziliyalı ilə onun arasında fərq 100-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31