Şakira Pikeyə qadağa qoydu!

Məşhur kolumbiyalı müğənni Şakira sevgilisinə - "Barselona"nın futbolçusu Xerard Pikeyə "Mançester Yunayted"ə keçməyi qadağan edib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Daily Mail" xəbər yayıb. Buna səbəb pop ulduzun Kataloniyadan harasa köçmək istəməməsidir. Müğənni hesab edir ki, istənilən yerə köçmək böyük narahatlıq doğurur. Hazırda cütlük yaş yarımlıq oğullarını böyüdür və daha bir körpənin dünyaya gəlişini gözləyir. Pikenin transferinə "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal maraq göstərir. Hollandiyalı İngiltərə çempionatının beş oyununda qapısından səkkiz top buraxan komandanın müdafiəsini möhkəmləndirmək istəyir. Bundan əvvəl Pike "qırmızı şeytanlar"da artıq çıxış edib. Belə ki, 2004-2008-ci illərdə onun hesabında 23 oyun və 2 qol var. Futbolçu özü ingilis klubunda daha çox oyun təcrübəsi əldə edə bilərdi. Çünki indi "Barselona"da müdafiənin mərkəzində əsas heyətdə yer uğrunda rəqabətdə fransız Jeremi Mate qalib gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31