Məşhur futbolçu qəzaya düşdü
25 Sentyabr 2014 16:22 İdmanPortuqaliya millisinin oyunçusu Luiş Nani avtomobil qəzasına düşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, icarə əsasında "Sportinq"də çıxış edən 27 yaşlı futbolçu Lissabonda məşqə gedərkən haqqında bəhs olunan bədbəxt hadisə ilə üzləşib. Naninin idarə etdiyi avtomobil qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılıb. Sükan arxasında olan Nani xoşbəxtlikdən ciddi xəsarət almayıb.
Qeyd edək ki, yayda "Sportinq"ə keçən Nani klubunda 4 oyunda meydana çıxıb və rəqib qapılarından 1 top keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31