UEFA "Qarabağ"ın rəqibini cərimələyə bilər
25 Sentyabr 2014 16:21 İdmanUEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"i "Maliyyə fair play" testindən keçirməyə hazırlaşır. Qol.az xəbər verir ki, "İnter"lə yanaşı, "Liverpul", "Monako" və "Roma"nın "Maliyyə fair play" qaydalarını pozduğu iddia edilir. Bununla bağlı UEFA həmin klublara rəsmi bildiriş göndərib. Qitənin ali futbol qurumu sözügedən klublardan maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etməsini tələb edib. Əgər bu klubların maliyyə qaydalarını pozduğu təsdiqlənərsə, onlar böyük ehtimalla cərimələnəcəklər.
Qeyd edək ki, bundan əvvəl PSJ və "Mançester Siti" transferlərə qaydalarda nəzərdə tutulduğundan çox pul xərcləyərək "Maliyyə fair play" qaydasını pozduqları üçün cərimələniblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31