İdmançılarımız Belçikada 20 medal qazanıb

Belçikanın Antverpen şəhərində "Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014" keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, 58 ölkədən 2000 idmançı və 1000 məşqçinin iştirak etdiyi Avropa Xüsusi Yay Olimpiya Oyunlarında 45 nəfər həmvətənimiz Azərbaycanı təmsil edib. Azərbaycan bu oyunlarda 6 idman növü üzrə (atletika, basketbol, cüdo, badminton, stolüstü tennis və üzgüçülük) ümumilikdə 20 medal qazanıb. Avropa Xüsusi Yay Olimpiya Oyunlarında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Kamal Əhmədovun rəhbərliyi altında iştirak edən atletika üzrə Bakı idmançıları da yüksək nəticələr əldə ediblər.
Qeyd edək ki, "Avropa Xüsusi Yay Olimpiya Oyunları" əqli cəhətdən qüsurlu olan idmançıların iştirak etdikləri yarışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31