“Sent Etyen” kapitanı ilə müqaviləni uzatdı
24 Sentyabr 2014 19:50 İdman"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sent Etyen" aparıcı futbolçularından olan Loik Perrin ilə müqaviləni yeniləyib. Qol.Az-ın Fransa klubunun saytına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2003-cü ildən "Sent Etyen"in şərəfini qoruyan təcrübəli müdafiəçinin 2015-ci ilə qədər davam edən müqaviləsi var idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31